BANK

“Bank BTB”nin auditi uğurla yekunlaşdı
12 İYUL
253

“Bank BTB”nin auditi uğurla yekunlaşdı

2017-07-12 10:50:00

Bank “BTB” ASC illik audit hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, 2016-cı il üzrə bankın fəaliyyəti və maliyyə vəziyyətinin daha mütərəqqi şəkildə audit olunması məqsədi ilə ən nüfuzlu 4 beynəlxalq audit şirkətindən biri olan “KPMG Azerbaijan Ltd” şirkəti cəlb edilib.

KPMG-nin rəyinə əsasən, Bankın maliyyə hesabatlığı beynəlxalq standartlara uyğun olaraq aparılıb. Bankın fəaliyyəti stabildir, kapital normalara uyğundur və adekvatlıq əmsalı yüksəkdir. Likvidlik həddi effektiv səviyyədə saxlanılıb.

Müsbət tendesiya kimi 2017-ci ilin əvvəlində müddəti bitmiş əmanətlərin əksəriyyətinin vaxtının uzadılması göstərilib. Bu da əmanətçilərin banka olan inamının göstəricisidir. Qeyri-faiz əməliyyat gəlirləri istiqamətlərində artımın olduğu göstərilib. Belə ki, komissiya gəlirləri 2015-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

 Audit rəyi ilə bankın korporativ saytında tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294