BANK

Banklar sağlamlaşma ilə bağlı öz təkliflərini verib
12 İYUL
631

Banklar sağlamlaşma ilə bağlı öz təkliflərini verib

2017-07-12 10:39:00

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasında  bank sisteminin maliyyə vasitəçiliyinin artırılmasına dair  təkliflər əsas müzakirə mövzusu olub. ABA-dan Fins.az-a verilən məlumata görə, banklar tərəfindən hazırlanan təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi ilə bağlı olub. 

Bundan başqa maliyyə bazarlarının fəaliyyətinin, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı təkliflər də irəlis ürülüb.  Real sektorun kreditləşdirilməsinin bərpası və makroiqtisadi vəziyyətin sağlamlaşması trendinin gücləndirilməsi yönündə olan həll yolları isə əsas diqqət mərkəzində olan məsələlərdən olub.

Həmçinin iclasda hüquqi bazanın və tənzimləyici-normativ aktların təkmilləşdirilməsi istiqamətində təkliflər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295