BANK

Rusiyanın nəhəng banklarından biri uçuruma gedir
11 İYUL
498

Rusiyanın nəhəng banklarından biri uçuruma gedir

2017-07-11 14:06:00
Rusiyanın Mərkəzi Bankı “Yuqra” bankının kreditorlarına ödənişlər üzrə üç aylıq qadağa elan edib. Fins.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, banka ödənişlər həyata keçirmək qadağan edilib və müvəqqəti rəhbərliyin funksiyaları Əmanətlərin Sığortalanma Agentliyinə həvalə edilib.
Bu qərara səbəb kimi bankın maliyyə durumunun təhlükəli həddə olması və onun kreditor və əmanətçilərinin maraqlarına həqiqi təhlükə yaratması göstərilib.
Qeyd edək ki, Bank “Yuqra” aktivlərin həcminə görə Rusiya banklarının TOP-30-luğuna daxil idi. Əmanətlərin həcminə görə isə - TOP-20-likdə yer almışdı.
I-ci rübün nəticələrinə görə, “Yuqra”da vətandaşların 170 milyard rublu saxlanılırdı. “Yuqra”nın iflası Əmanətlərin Sığortalanma Agentliyinin tarixində ən böyük sığorta hadisəsi kimi ola bilər.
Son illərdə bank əmanətçilərin pullarını yüksək faiz dərəcələri ilə cəlb edirdi və bankın sahibkarlarının biznes layihələrinə kredit ayırırdı. Aprel ayının sonunda “Yuqra” ödənişlər və nağd pulların verilməsi ilə problemlər yaşamağa başladı.
Mayın sonunda Mərkəzi Bank onlardan mümkün kredit zərərləri üçün müddəalarına əlavə 40 milyard rubl göndərməyi tələb etdi. Lakin o zamana bankın buna vəsaiti artıq yox idi, onun kapitalı 52 milyard rubl təşkil edirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292