BANK

Əmanətçilərə ödənilən kompensasiyaların məbləği – AÇIQLANDI
11 İYUL
275

Əmanətçilərə ödənilən kompensasiyaların məbləği – AÇIQLANDI

2017-07-11 09:54:00

Əmanətlərin Sığrtalanması Fondu bağlanan bankların qorunan əmanətlərinin qaytarılmasında son vəziyyəti açıqlayıb. Fns.az xəbər verir ki,ləğv prosesində olan “Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 87 milyon 601 min manat olmaqla onlardan 50 milyon 713 min manatı qorunan əmanətlər, o cümlədən 43 milyon 884 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 43 milyon 222 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) və 662 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 77 milyon 116 min manat olmaqla onlardan 75 milyon 574 min manatı qorunan əmanətlər, o cümlədən 72 milyon 675 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 65 milyon 732 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 90,4 %-i) və 6 milyon 942 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 30 milyon 191 min manat olmaqla onlardan 29 milyon 159 min manatı qorunan əmanətlər, o cümlədən 27 milyon 910 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 27 milyon 771 min manat kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,5 %-i) və 138 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Dekabank KB” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 5 milyon 360 min manat olmaqla onlardan 3 milyon 684 min manatı qorunan əmanətlər, o cümlədən 3 milyon 127 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 3 milyon 087 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) və 39 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır. Ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 31 milyon 024 min manat olmaqla onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 14 milyon 350 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 263 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 11 milyon 996 min manat olmaqla onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 95,9 %-i) və 86 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 542 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 milyon 611 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099 min manatı kompensasiya olunan əmanətlərdir. 07 iyul 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 807 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 86,1 %-i) və 292 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmışdır.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 124 milyon 732 min manat olmaqla onlardan 122 milyon 366 min manatı qorunan əmanətlər, o cümlədən 24 milyon 937 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 24 milyon 191 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 97 %-i) və 746 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatmışdır. Ləğv prosesində olan “Gəncəbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 milyon 177 min manat olmaqla onlardan 1 milyon 553 min manatı qorunan əmanətlər, o cümlədən 1 milyon 039 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 976 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 93,9 %-i) və 63 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. Ləğv prosesində olan “Texnikabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 163 milyon 154 min manat olmaqla onlardan 161 milyon 796 min manatı qorunan əmanətlər, o cümlədən 122 milyon 642 min manatı kompensasiya olunan əmanətlərdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 120 milyon 458 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) və 2 milyon 183 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalmışdır.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 741 milyon 146 min manatdan artıq kompensasiya ödənilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293