BANK

Bu kredit təşkilatının mənfəəti 16 dəfə artdı
10 İYUL
354

Bu kredit təşkilatının mənfəəti 16 dəfə artdı

2017-07-10 14:32:00

“EmbaFinans” bank olmayan kredit təşkilatı 2016-cı ili 1 milyon 77 min manat xalis mənfəətlə başa vurub.

Fins.az BOKT-ın 2016-cı il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə “Embafinans”ın xalis mənfəəti 16 dəfə artıb. “BOKT EmbaFinans” MMC 2015-cı ili 66 min 779 manat xalis mənfəətlə başa vurmuşdu.

2015-ci illə müqayisədə ötən il “EmbaFinans”ın faiz gəlirləri 7,9 milyon manatdan 4,7 milyon manata geriləsə də şirkət xərclərini və itkilərini azaltması sayəsində yüksək mənfəətə nail olub.

2016-cı ilin dekabrın 31-nə “Embafinans”ın cəmi aktivləri  21,9 milyon manat, cəmi öhdəlikləri 9,1 milyon manat, cəmi kapitalı isə 12,9 milyon manat olub.  

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” MMC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289