BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
10 İYUL
476

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2017-07-10 12:27:00
Fins.az iyul ayının 10-da dollar və avro alıb-satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri 
Bu gün dolları ən yüksək qiymətlə alan “Turan Bank” və “Günaybank”dır – 1.6940 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “XalqBank” və “AGBank”dır. Bu bankda dolların alış qiyməti 1.6600 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “Azər-Türk Bank”dadır – 1.6970 manat.
Bu gün dolların ən baha satış məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları “ASB Bank”, Pakistan Milli Bankının Bakı filialı və “Xalq Bank” satır.  
Avro qiymətləri  
Bu gün Avropa valyutasını ən baha alan “AmrahBank” və “Günaybank”dır. Bu bankda 1 avro 1.9300 manata alınır.
Avronu ən ucuz alan “AFBBank”dır – 1.8690 manat.
Avronun ən ucuz satış qiyməti “TuranBank” və “Azərbaycan Beynəlxalq Bankı”ndadır – 1.9412 manat.
Avronun ən baha satış qiyməti 1.9800 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289