BANK

Banklarda dollar bahalaşdı – SİYAHI
10 İYUL
3449

Banklarda dollar bahalaşdı – SİYAHI

2017-07-10 10:51:00
Bu gün ölkənin kommersiya bankları valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6940 manat, ən sərfəli satışı 1.6970 manatdır.
Araşdırmaya əsasən, istirahət günləri ilə müqayisədə “Amrahbank” dolların alış və satış qiymətini bahalaşdırıb. Ötən gün ABŞ valyutasını 1.6920 manata alan bank bu gün 1.6930 manata alır. “Amrahbank”da dolların satışı isə 1.6970 manatdan 1.6980 manata qalxıb.
“Yapı Kredi Bank” da hər iki göstəricini bahalaşdırıb. Bankda dolların alışı 1.6840 manatdan 1.6880 manatadək, satışı isə 1.7020 manatdan 1.7040 manata qalxıb.
“Expressbank” da alış qiymətini 1.6820 manatdan 1.6910 manatadək bahalaşdırıb. Satışı isə əksinə 1.7050 manatdan 1.7000 manatadək ucuzlaşdırıb.
“Bank of Baku” və “Atabank”  yalnız ABŞ valyutasının alış qiymətini cuzi bahalaşdırıb. Ötən gün dolları 1.6880 manata alan “Bank of Baku” bu gün 1.6900 manata alır. “Atabank” isə alışı 1.6900 manatdan 1.6920 manatadək artırıb.
“Nikoilbank” və “NBC Bank” isə yalnız dolların satış qiymətinə dəyişiklik edib. Belə ki, indi “Nikoilbank” dolları 1.6990 manata satır. istirahət günləri isə bu məzənnə 1.6980 manat olub.
“NBC Bank” isə dolların satışını 1.7000 manatdan 1.6990 manatadək ucuzlaşdırıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295