BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
07 İYUL
579

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2017-07-07 11:32:00
İyul ayının 7-i üçün fins.az dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri 
Bu gün dolları ən yüksək qiymətlə alan “Turan Bank”dır – 1.6950 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “XalqBank” və “AGBank”dır. Bu bankda dolların alış qiyməti 1.6600 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “Azər-Türk Bank” və “GünayBank”dadır – 1.6970 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları “ASB Bank”, Pakistan Milli Bankının Bakı filialı və “Xalq Bank” satır.  
Avro qiymətləri  
Bu gün Avropa valyutasını ən baha alan “AmrahBank”dır. Bu bankda 1 avro 1.9330 manata alınır.
Avronu ən ucuz alan “AFBBank”dır – 1.8705 manat.
Avronu ən ucuz satış qiyməti “TuranBank” və “Azərbaycan Beynəlxalq Bankı”ndadır – 1.9431 manat.
Avronun ən baha satış qiyməti 1.9820 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289