BANK

Beynəlxalq Bank bu şirkəti məhkəməyə verib
20 İYUN
285

Beynəlxalq Bank bu şirkəti məhkəməyə verib

2017-06-20 11:09:00

“Azərbaycan Beynəlxalq Bankı” ASC “ADO-G İnşaat, Təchizat və Quraşdırma” MMC-ni məhkəməyə verib.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank kredit borcunun tutulması barədə tələb irəli sürüb.

MMC isə məhkəmədə qarşılıqlı iddia qaldıraraq kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi, ödənilmiş faizlərin əsas borca silinməsi, faizlərin ödənilməsinə möhlət verilməsi və əldən çıxmış faydanın ödənilməsini istəyiblər.

Məhkəmə ilkin iddianı qismən təmin edib, qarşılıqlı iddia isə rədd olunub. Qərardan narazı qalan “ADO-G İnşaat, Təchizat və Quraşdırma” MMC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qətnaməni dəyişdirmədən saxlayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285