BANK

“Qara bazar”“qəpiyə güllə atır” – REKORD SPRED DARALMASI
20 İYUN
3619

“Qara bazar”“qəpiyə güllə atır” – REKORD SPRED DARALMASI

2017-06-20 10:33:00
İyun ayının 20-də “qara bazar”da dolların məzənnəsi  dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6900 manat olaraq qalıb. Satışı isə 1.6950 manatdan  1.6920 manata düşüb. Bununla da növbəti dəfə dolların alış-satışı arasında fərq (spred) rekord həddə daralıb – cəmi 0,2 qəpik. Bu isə o deməkdir ki, “dollar alverçi”lərinin hər 100 dollardan cəmi 20 qəpik qazanırlar.
Dollarla yanaşı, avronun “qara bazar” kursu dəyişməyib. Belə ki, Avropa valyutasının alışı 1.8850 manat, satışı isə 1.8900 manat olaraq qalıb.
“Dollar alverçi”ləri bildirirlər ki, spred daralması banklarla bağlıdır. Belə ki, bəzi banklar dollar üzrə valyutadəyişmə əməliyyatlarından gəlirləri 50 qəpiyə qədər aşağı salıblar. Belə olan halda, rəqabətə davamlı olmaq üçün “qara bazar” da marjanı minimuma endirməyə məcburdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285