BANK

Dollar 1,70-ə qalxdı – “BLOOMBERG”DƏ
20 İYUN
1512

Dollar 1,70-ə qalxdı – “BLOOMBERG”DƏ

2017-06-20 09:34:00

İyun ayının 20-da banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.70 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,82% və ya 0,0139 AZN dəyər qazanıb.

Ötən gün “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, sonuncu dəfə dollar 1.70 manat həddini may ayının 31-də keçib və 1.7074 manata bərabər olub.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0003
  • ₽ RUB
    0.0288