BANK

Nazirin iştirakı ilə “Nağdsız hesablaşmalar" müzakirə ediləcək
19 İYUN
644

Nazirin iştirakı ilə “Nağdsız hesablaşmalar" müzakirə ediləcək

2017-06-19 17:08:00

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sahibkarlar Konfederasiyası və digər qurumların üzvləri ilə Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Vergilər Nazirliyinin rəhbərliyi arasında görüş keçiriləcəkdir.

Görüş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin müzakirəsi məqsədilə keçiriləcək.

Tədbir 21 iyun 2017-ci il tarixində Hyatt Regency Baku otelinin “Quba” zalında baş tutacaq.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin, iqtisadiyyat naziri Şahin Mustafayevin,  Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının iştirak edəcəyi gözlənilir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296