BANK

İnvestisiya qoyuluşunda bank kreditlərinin payı artır
19 İYUN
190

İnvestisiya qoyuluşunda bank kreditlərinin payı artır

2017-06-19 16:17:00

 Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına sərmayə qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi artaraq 12%-ə çatıb.

Bu ilin yanvar-may ayları ərzində iqtisadiyyata sərmayə qoyuluşu 5 671,7 mln. manat təşkil edib ki, bunun da 681,5 mln. manatı bank kreditləri olub. Beləliklə, bank kreditlərinin həcmində illik 31,5% artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-aprel aylarında cəmi sərmayənin 10,8% və ya 488,0 mln. manatını, 2016-cı ilin yanvar-may ayları ərzində isə əsas kapitala yönəldilmiş vəsaitlərin 8,6% və ya 464,3 mln. manatını bank kreditləri təşkil edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285