BANK

MBNP VƏ ABA maliyyəçilər üçün seminar keçirdi
19 İYUN
267

MBNP VƏ ABA maliyyəçilər üçün seminar keçirdi

2017-06-19 15:57:00

Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud infrastruktur potensialının daha da gücləndirilməsi istiqamətində növbəti seminar keçirilib. Fins.az xəbər verir ki, ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa bölgəsində Təhlükəsizlik həlləri üzrə direktoru Mark Van Puyvel tərəfindən təşkilatın bu sahədə yeni proqram və xidmətləri haqqında məlumat verib. O cümlədən “Safety Net”, “Policy Manager”, “Fraud Rule Manager”, “Decision Intelligence”, “Spend Alerts and Controls” və “Acquirer/Merchant Dashboard” haqqında danışıb. Eyni zamanda, bu proqram və xidmətlərin banklara təqdim etdiyi üstünlüklər, fırıldaqçılıq hallarına qarşı əvvəlcədən müvafiq tədbirlərin reallaşdırılması imkanları, habelə tətbiq edilən qiymətləndirmə mexanizmi və digər zəruri məlumatlar açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285