BANK

“Unibank” nizamnamə kapitalını 70% artırıb
19 İYUN
322

“Unibank” nizamnamə kapitalını 70% artırıb

2017-06-19 14:58:00

“Unibank KB” ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıb.

Bankdan verilən məlumata görə, bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 mln. manatdan artıq olan 18 059 min ədəd səhmin yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı 119 mln. manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir.

Qeyd edək ki, səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5%, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib. Ayrılıqda isə “DEG”  Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb. 

“Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi  yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək. “Bankın növbəti səhm buraxılışının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir. Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir”, - deyə məlumatda vurğulanıb.

“Unibank” ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank  940 mindən artıq fərdi  və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285