BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
19 İYUN
916

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2017-06-19 11:20:00
İyun ayının 19-da xarici valyuta satan bankların sayı 31-ə çatıb.
Fins.az dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri 
Bu gün dolları ən yüksək qiymətlə alan “Günay Bank” və “azər-Türk Bank”dır – 1.6930 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “NaxçıvanBank”dır. Bu bankda dolların alış qiyməti 1.6300 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “Dəmirbank”dadır – 1.6960 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları “ASB Bank” və Pakistan Milli Bankının Bakı filialı satır.  
Avro qiymətləri  
Bu gün Avropa valyutasını ən baha alan “AmrahBank” və “Günaybank”dır. Bu bankada 1 avro 1.8940 manata alınır.
Avronu ən ucuz alan “AFB Bank”dır – 1.8335 manat.
Avronu ən ucuz satış qiyməti “Nikoil Bank”dadır – 1.9050 manat.
Avronun ən baha satış qiyməti 1.9436 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288