BANK

Problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır
16 İYUN
467

Problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır

2017-06-16 15:52:00

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutada verilən kreditlərin payına düşür. Cari il mayın 1-nə əsasən, problemli kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb.

Fins.az bu barədə Azərbaycan Mərkəz Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən, xarici valyutada problemli kreditlərin həcmində illik 32,7% artım qeydə alınıb. Problemli kreditlərin xarici valyutada kreditlərdə xüsusi çəkisi illik müqayisədə 4,4 faiz bəndi artaraq 11,7% və cəmi kredit portfelində xüsusi çəkisi 7,1 faiz bəndi artaraq 54,5%-ə çatıb.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296