BANK

"Bank Respubıika" 2016-ci ilin hesabatını – AÇIQLADI
16 İYUN
802

"Bank Respubıika" 2016-ci ilin hesabatını – AÇIQLADI

2017-06-16 15:39:00

Bank Respublika 2016-cı il üzrə illik hesabatını təqdim etdi

Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən (IFRS) 2016-cı il üzrə audit keçirən KPMG şirkəti, müvafiq dövr üzrə bank tərəfindən təqdim olunan məlumatların adekvatlığını və həmin standartlara uyğunluğunu təsdiq etdi.

Bankın hesabatı yüksək likvidlik dərəcəsini, kredit portfelinin tərkibindəki valyuta kreditlərinin payının azalmasını və bazarla müqayisədə vaxtı keçmiş kreditlərin həcminin xeyli aşağı olmasını əks edir.

Hesabatda həmçinin 2016-cı ilin sentyabrında səhmdar kapitalının artırılması da qeyd olunub. Bu məbləğ ötən ilin sonuna proqnozlaşdırılan zərərlərin məcmu kapitala təsirini azaldılması istiqamətində yönəldilmişdir.

Standartlara görə, hesabat tarixindən sonra bəzi hadisələr də qeydiyyata alınmışdır. Bunların arasında 28 Mart 2017-ci ildə səhmdar kapitalının növbəti dəfə artırılması haqqında qəbul edilmiş qərar da var. Həmin qərar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılıb və hal-hazırda qərarın rəsmiləşdirilməsi prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296