BANK

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltdı
16 İYUN
571

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaltdı

2017-06-16 14:59:00

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9% səviyyəsində təsdiq edib.

Fins.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, analitiklər faiz dərəcəsinin 0,5 faiz bəndi azalacağını ehtimal etsələr də, dünya maliyyə bazarında son zamanlar yaranan qeyri-müəyyən vəziyyət və neft qiymətlərinin düşməsi bankın faizləri 0,25% azaltmasına səbəb olub. Analitiklərin fikrincə, inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması Rusiya Bankının bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər azaltmasına səbəb olacaq.

"Report"un analitik qrupu uçot dərəcəsinin azaldılmasının rublun məzənnəsinə ciddi təsir etməyəcəyini proqnozlaşdırır.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288