BANK

Mərkəzi Bank növbəti hərracın vaxtını açıqladı
16 İYUN
812

Mərkəzi Bank növbəti hərracın vaxtını açıqladı

2017-06-16 14:51:00

 Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib. Fins.az xəbər verir ki, 19 iyun 2017-ci il tarixində keçiriləcək hərrac ilə 200 milyon manat cəlb edilməsi nəzərdə tutulur.

 Müddət 14 gün, faiz dərəcəsi  12,01% – 14,99% təşkil edir.

 Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287