BANK

Azərbaycanda banklararası kreditlər ucuzlaşıb
16 İYUN
197

Azərbaycanda banklararası kreditlər ucuzlaşıb

2017-06-16 10:41:00

Azərbaycanda manatla banklararası kreditlər cari ilin aprel ayında ucuzlaşmağa davam edib. Manatla kreditlər üzrə orta faiz apreldə 1,39 faiz bəndi azalaraq cari il mayın 1-nə 11,09% təşkil edib.

Fins.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Xarici valyutada verilən kreditlərdə isə orta faiz 9,45%-dən 9,74%-ə yüksəlib.

Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,19% təşkil edib. 

 

 

 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285