BANK

Azərbaycanda regionların kreditləşməsi azalıb
14 İYUN
378

Azərbaycanda regionların kreditləşməsi azalıb

2017-06-14 15:04:00

 Azərbaycanda regionların kreditləşməsi illik müqayisədə 779,055 mln. manat və ya 25,72% azalaraq cari il mayın 1-nə 2 249,96 mln. manat təşkil edib.

Həmçinin, cəmi kreditlərdə regionların xüsusi çəkisi də azalıb. Regionların payı illik 1,59 faiz bəndi azalaraq 2017-ci il mayın 1-nə 14,56%-ə enib.

Hesabata əsasən, cari il mayın 1-nə əsasən, Azərbaycanda maliyyə və kredit təşkilatları tərəfindən verilən kreditlərin 13 203,552 mln. manatı və ya 85,44%-i Bakı şəhərinin payına düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə kreditləşmənin 15 729,667 mln. manatı və ya 83,85%-i Bakı şəhərinin payına düşüb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297