BANK

Expressbank ötən ili mənfəətlə başa vurub
14 İYUN
315

Expressbank ötən ili mənfəətlə başa vurub

2017-06-14 11:45:00

Expressbank qanunvericiliyinin tələblərinə uyğun olaraq illik audit hesabatı bankın rəsmi səhifəsi www.expressbank.azsaytında dərc edilib.

2016-cı ilin yekunlarına görə Expressbank-ın cəmi aktivləri 286 mln AZN, cəmi kapital 142,4 mln AZN təşkil edir. Hesabata əsasən bank 2016-cı ili 477 min AZN mənfəətlə başa vurub.

Qeyd etmək lazımdır ki, son 2 il ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq “Fitch Ratings” agentliyi tərəfindən “Expressbank” ASC-in reytinqi dəyişilməz olaraq “B” səviyyəli stabil olaraq qal;b. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.   

Expressbank müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287