BANK

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR
14 İYUN
774

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

2017-06-14 11:30:00
İyun ayının 14-də xarici valyuta satan bankların sayı 31-ə çatıb.
Fins.az dollar/avro alıb satmaq üçün ən sərfəli bankların siyahısını təqdim edir.
Dollar qiymətləri 
Bu gün dolları ən yüksək qiymətlə alan “Günay Bank” və “KapitalBank”dır – 1.6910 manat.
Dolları ən aşağı qiymətə alan bank isə “NaxçıvanBank”dır. Bu bankda dolların alış qiyməti 1.6300 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti “Turanbank”dadır – 1.6920 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.7100 manatdır. Bu məbləğdə dolları “ASB Bank”, “Xalq Bank” və Pakistan Milli Bankının Bakı filialı satır.  
Avro qiymətləri  
Bu gün Avropa valyutasını ən baha alan “GünayBank”dır. Bu bankada 1 avro 1.8950 manata alınır.
Avronu ən ucuz alan “AFB Bank”dır – 1.8370 manat.
Avronu ən ucuz satış qiyməti “NikoilBank”dadır – 1.9080 manat.
Avronun ən baha satış qiyməti 1.9474 manatdır. Bu gün “Yapı Kredi Bank Azərbaycan” Avropa valyutasını həmin məzənnə ilə satır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285