BANK

Banklar arasında dollar bahalaşdı
14 İYUN
909

Banklar arasında dollar bahalaşdı

2017-06-14 10:44:00

İyun ayının 14-də banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb. Başqa sözlə, dollar manat qarşısında 0,26% dəyər qazanıb.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287