BANK

Banklarda dolların məzənnəsi – DƏYİŞDİ
14 İYUN
1397

Banklarda dolların məzənnəsi – DƏYİŞDİ

2017-06-14 10:43:00
Bu gün ölkənin kommersiya bankları valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6920 (dünən 1.6930 AZN)  manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Yapı Kredi Bank Azərbaycan” dolların alış və satış qiymətini 0.40 qəpik bahalaşdırıb: alışı 1.6840 manatdan 1.6880 manatadək; satışı 1.6990 manatdan 1.7030 manatadək.
“Amrahbank” həmçinin hər iki göstəricini bahalaşdırıb: alışı 1.6910 manatdan 1.6900 manatadək, satışı 1.6945 manatdan 1.6940 manatadək.
“NikoilBank” ABŞ valyutasının yalnız alış qiymətini bahalaşdırıb: 1.6850 manatdan 1.6870 manatadək.
“Bank Silk Vey” və “Unibank” isə yalnız satış qiymətini cuzi bahalaşdırıb:
“Bank Silk Vey” 1.6925 manatdan 1.6930 manatadək;
“Unibank” 1.7022 manatdan 1.7023 manatadək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285