BANK

Palata 21 kredit təşkilatının lisenziyasını ləğv etdi
14 İYUN
490

Palata 21 kredit təşkilatının lisenziyasını ləğv etdi

2017-06-14 10:35:00
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib. Bu barədə Fins.az-a Palatadan bildirilib.
Məlumata görə, bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya”kredit ittifaqlarına və öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285