BANK

“Union Lizinq” hesabat verəcək
13 İYUN
269

“Union Lizinq” hesabat verəcək

2017-06-13 17:46:00

İyunun 16-da, saat 11:00-da “Union Lizinq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 4 ünvanında (Xarici dairəvi yolun kənarında) olacaq.

Yığıncaqda “Union Lizinq”ın ötən ilki fəaliyyətinə dair maliyyə (mənfəət-zərər) hesabatları, mühasibat balansı təsdiq ediləcək, şirkətin maliyyə vəziyyəti müzakirə olunacaq.

Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285