BANK

Nağdsız hesablaşmalarla bağlı güc strukturlarına imtiyaz verilib
13 İYUN
958

Nağdsız hesablaşmalarla bağlı güc strukturlarına imtiyaz verilib

2017-06-13 12:55:00

Azərbaycanda təhsil sahəsi də daxil olmaqla əksər sahələr üzrə hesablaşmalar nağdsız aparılacaq.

Bununla bağlı "Nağdsız hesablaşmalar", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Məşğulluq haqqında", "Sosial sığorta haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Turizm haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Bələdiyyə qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "İcbari sığortalar haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlara, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilir.
Layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir.

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3-cü maddəsinə (Nağdsız qaydada həyata keçirilən hesablaşmalar) əlavə edilən bəndə görə isə bu cür hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.

Layihələr səsə qoyularaq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287