BANK

"Beynəlxalq Bankla bağlı vəziyyət gələn ay məlum olacaq" – NAZİR
13 İYUN
729

"Beynəlxalq Bankla bağlı vəziyyət gələn ay məlum olacaq" – NAZİR

2017-06-13 12:01:00

İyulun ortalarına qədər Azərbaycan Beynəlxalq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planının xarici kreditorların qəbulu ilə bağlı vəziyyət aydınlaşacaq.

“Gələn ayın ortalarına qədər vəziyyət aydın olacaq. İctimaiyyəti danışıqlar barədə məlumatlandırmışıq. Bundan başqa hələlik heç nə deyə bilmərəm”, - deyə S.Şərifov vurğulayıb.

Xəbər verildiyi kimi, ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Bank $3,34 mlrd. məbləğində öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır.

Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC tərəfindən borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasını dayandırır.

© İnterfaks Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296