BANK

"Azərbaycan yeganə ölkədir ki, buradakı bankların birində payımız var"
13 İYUN
1496

"Azərbaycan yeganə ölkədir ki, buradakı bankların birində payımız var"

2017-06-13 11:51:00

"Azərbaycana ayırdığımız kreditlər kifayət deyil, artırımaq istəyirik".

"Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankındakı sərmayə payı 5%-dir, kreditlərimizdəki payı isə 7,2%-dir. Bu rəqəm bizim üçün kifayət deyil, bu payın daha da artırılmasını istəyirik. Bu məqsədlə özümüzü Azərbaycanın biznes mühitinə daha da tanıdıb, Azərbaycanda daha çox investoru əhatə edən bir bank olmaq niyyətindəyik".

Bnu Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlı deyib.

"Azərbaycan yeganə ölkədir ki, biz buradakı bankların birində paya sahibik (AccessBank- red). Bu, bizim Azərbaycanın maliyyə sisteminə olan etibarımızın göstəricisidir", - deyə o bildirib. 

Onun sözlərinə görə, QDTİB Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsinə də qatılmaq niyyətindədir: “İlk növbədə, burada Azərbaycan hökuməti bizə yardım etməlidir. Maliyyələşmənin dəyəri hələlik bəlli deyil. Bu, bizdən istəniləcək rəqəmdən asılıdır. Bu layihə bir neçə ölkəni əhatə edən nəhəng bir layihə olduğu üçün biz bu layihənin tərkib hissəsi olmaq istəyirik".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287