BANK

Banklarda dolların alış qiyməti bahalaşdı
13 İYUN
2353

Banklarda dolların alış qiyməti bahalaşdı

2017-06-13 10:24:00
Bu gün ölkənin əksər bankı valyutanın alış və satış qiymətlərinə dəyişiklik edib. Fins.az xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6910 manata, ən sərfəli satışı 1.6930 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “AmrahBank”, “Atabank”, “Bank of Baku”, “Bank Silk Vey”, “Turanbank” və “Yapı Kredi Bank Azərbaycan” dolların alış qiymətini bahalaşdırıb:
“AmrahBank” – 1.6880 manatdan 1.6900 manatadək;
“AtaBank” – 1.6800 manatdan 1.6850 manatadək;
“Bank of Baku” – 1.6700 manatdan 1.6750 manatadək;
“Bank Silk Vey” – 1.6750 manatdan 1.6800 manatadək;
“Turanbank” – 1.6900 manatdan 1.6950 manatadək;
“Yapı Kredi Bank Azərbaycan” – 1.6750 manatdan 1.6840 manatadək.
Lakin “Azər-Türk Bank” əksinə dolların alış qiymətini ucuzlaşdırıb: 1.6900 manatdan 1.6850 manatadək.
Bundan başqa, “Bank Silk Vey” və “Yapı Kredi Bank Azərbaycan” ABŞ valyutasının satış qiymətinə də dəyişiklik edib:
“Bank Silk Vey” 1.6920 manatdan 1.7000 manatadək bahalaşdırıb;
“Yapı Kredi Bank Azərbaycan” isə 1.7050 manatdan 1.6990 manatadək ucuzlaşdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288