BANK

Kommersiya banklarının xarici öhdəlikləri azalıb
13 İYUN
215

Kommersiya banklarının xarici öhdəlikləri azalıb

2017-06-13 09:29:00

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin ümumi həcmi mayın 1-nə 7 099,3 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, aprelin 1-nə olan göstərici ilə müqayisədə 211,6 mln. manat və ya 2,89% azdır. Keçən ilin analoji dövrü ilə müqayisədə kommersiya banklarının xarici öhdəlikləri 350 mln. manat və ya 5,19% artıb. Qeyd edək ki, xarici öhdəliklərdə azalma 4-cü ardıcıl aydır davam edir. 

"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin aprel ayında azalması manatın məzənnəsinin 2%-ə yaxın bahalaşması ilə izah olunur. Bankların xarici öhdəliklərinin may ayında dolların məzənnəsinin sabitləşməsi səbəbindən çox dəyişməyəcəyi proqnozlaşdırılır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297