BANK

Mərkəzi Bank 600 milyon manatı yığır – NOT BURAXILIŞI
12 İYUN
413

Mərkəzi Bank 600 milyon manatı yığır – NOT BURAXILIŞI

2017-06-12 14:29:00

Maliyyə Bazarlarına Nəzarət Palatası iyunun 9-da Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100157S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb. Bu barədə Fins.az-a Palatadan bildirilib. Məlumata görə, sözügedən notların tədavül müddəti 28 gündür.

Xatırladaq ki, MBNP tərəfindən həmçinin 26 may tarixində Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 57S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288