BANK

Bankların Mərkəzi Banka olan öhdəlikləri artıb
12 İYUN
319

Bankların Mərkəzi Banka olan öhdəlikləri artıb

2017-06-12 14:11:00

 Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2017-ci il mayın 1-nə toplam olaraq 6 586,2 mln. manat təşkil edib.

Fins.az-ın verdiyi xəbərə görə, öhdəliklərin həcmi aprelin 1-nə olan analoji göstərici ilə müqayisədə 14,7 mln. manat və ya 0,22%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 278,8 mln. manat və ya 4,42% artıb.

Qeyd edək ki, kommersiya banklarının AMB-yə olan öhdəliklərində artım iki aydır davam edir. Bankların mərkəzləşmiş öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabrında (7 507 mln. manat) qeydə alınıb. Son göstərici isə maksimal həddən 920,8 mln. manat və ya 12,27% aşağıdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296