BANK

"AtaBank"ın yeni şöbəsi istifadəyə verildi
12 İYUN
368

"AtaBank"ın yeni şöbəsi istifadəyə verildi

2017-06-12 12:49:00

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Sahil" şöbəsinin açılışı olub. 28 May metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. 

Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur. 

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin  direktoru İlqar Sadıqov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, “AtaBank ASC-ninkonsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb”. 

"AtaBank"-ın  "Sahil" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297