BANK

“Bloomberg”də dollardan sıçrayış – BAHALAŞMA BAŞLADI
12 İYUN
3456

“Bloomberg”də dollardan sıçrayış – BAHALAŞMA BAŞLADI

2017-06-12 10:07:00

İyun ayının 12-də banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6938 manat kursu ilə başlayıb. Bu isə o deməkdir ki, dollar manat qarşısında 0,46% dəyər qazanıb.

Qeyd edək ki, iyunun 11-də “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297