BANK

Valyuta hərracı başlayır
12 YANVAR
2037

Valyuta hərracı başlayır

2017-01-12 11:41:00

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək. Bugünkü hərrac saat 13:00-da başlayacaq və 13:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8490
  • ₽ RUB
    0.0303