BANK

Ekspert: Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır
12 YANVAR
1178

Ekspert: Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır

2017-01-12 01:34:00

Beynəlxalq Banka yeni menecerlər təyin olunub. Onları böhran menecerləri da adlandırmaq olar. Ekspert Samir Əliyevin fikrincə, onlar bank sektorunun problemlərini kifayət qədər dərindən bilən şəxslərdir.

"Müzakirələrdə bank işçilərinə xas olan texniki yox, strateji yanaşmalarının şahidi olmuşam. Fikir mübadiləsi aparmışıq. Üst-üstə düşən məqamlar da olub, düşməyən də. Onlara işlərində uğurlar arzulayıram. Çünki bank sektorunda uğura onların daha çox ehtiyacı olacaq. Batmaqda olan çürümüş bir gəmini təmir edib əvvəl dənizə, sonra okeana buraxmaq hədəfi ambisiyalı olduğu kimi də çətindir", deyən S.Əliyev hesab edir ki, Beynəlxalq Bankın xilası bank sektorunun xilası deməkdir. Kimlərinsə məsuliyyətsiz idarəetməsinin fəsadlarını əvvəl bank sektoru ödədi, sonra dövlət büdcəsi. İndi də yeni menecerlər xilas etməlidir.

Menecerlərin qarşısında çətin tapşırıq durur: pozulmuş valyuta mövqeyi bərpa edilməli, xarici öhdəlikər qaytarılmalı, zərərli aktivlər sağlamlaşdırılmalı və s. Bankın problemləri çoxdur. Bank sektorunun xilası Beynəlxalq Bankın xilasından asılı olduğu kimi Beynəlxalq Bankın xilası da hökumətin dəstəyindən asılıdır. Bu, Beynəlxalq Bankın xilası üçün son şansdır. Bank çöksə, bütün maliyyə sistemi çökəcək. Ona görə böhran menecerlərinin üzərinə böyük məsuliyyət düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294