BANK

Valyuta hərraclarının sayı artacaq-AÇIQLAMA
12 YANVAR
1315

Valyuta hərraclarının sayı artacaq-AÇIQLAMA

2017-01-12 08:03:00

Mərkəzi Bank valyuta hərraclarının keçirilmə prinsiplərində dəyişikliklər edib. Fins.az bank dairələrindəki mənbələ əsasən xəbər verir ki, bundan sonra hərraclar həftədə iki dəfə deyil, üç dəfə keçiriləcək.

Hərracların keçirilmə qaydasında da dəyişikliklərin olduğu bildirilir. Mənbə dəyişikliklər barədə ətraflı məlumat verməsə də, bildirib ki, bu hərraclar bazar şərtlərinə daha yaxın formada keçiriləcək.

Qeyd edək ki, bu, manatın  tam üzən məzənnə rejiminə keçidi çərçivəsində həyata keçiriləcək tədbirlər sırasındadır.  Bu məsələ dünən bank rəhbərləri ilə keçirilən iclasın əsas mövzusu olub.

Tam üzən məzənnə rejiminə keçidin, eləcə də dörd faizlik marjanın götürülməsinin tarixləri isə açıqlanmayıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288