BANK

"Lirənin ucuzlaşması xeyrimizədir"
11 YANVAR
1826

"Lirənin ucuzlaşması xeyrimizədir"

2017-01-11 17:11:00

Türk lirəsinin ABŞ dollarına nisbətən məzənnəsi antirekordlara imza atmaqdadır. “Bloomberg” agentliyinin məlumatına görə, lirə 24 inkişaf edən bazar arasında ən pis nəticə göstərən valyuta olub.
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bu proses Azərbaycan iqtisadiyyatına təsir göstərməyəcək: “Biz Türkiyədən əsasən gündəlik təlabat malları və geyim məhsullarını alırıq. Əgər Azərbaycanda maliyyə sabitliyi olsaydı, yəni manat dəyərdən düşməsəydi və dollarla bağlı problemlər olmasaydı, türk lirəsinin ucuzlaşması Türkiyədən gələn malların ucuzlaşmasına səbəb ola bilərdi. Amma Azərbaycanda da parallel proses getdiyindən Türkiyədən gətirilən məhsulların qiymətlərində elə də ciddi fərq hiss olunmayacaq, çünki manatın da dəyərdən düşməsi prosesi gedir”. “Məhz buna görə Azərbaycanda istehlakçılar türk lirəsinin dəyərdən düşməsinə görə malların ucuzlaşmasını hiss etmirlər və çox güman ki, etməyəcəklər də. Manatın da dəyərdən düşməsi qiymətlərdə bərabərləşməyə səbəb olur. Amma türk ixracatçıları üçün türk lirəsinin dəyərdən düşməsi pis məsələ deyil. Əslində onların ixracat mallarının lirə ekvivalentində dəyəri artdıqca gəlirləri də artır. Azərbaycanda manat sabitləşsə və gələcəkdə ölkədə dollarla bağlı problem yaşanmazsa, ola bilər ki, türk lirəsinin dəyərdən düşməsi Azərbaycan istehlakçılarına pozitiv təsir göstərsin” — ekspert bildirib.

Mənbə: Sputnik

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308