BANK

Bankların analitik balansı – TƏHLİL
05 YANVAR
570

Bankların analitik balansı – TƏHLİL

2017-01-05 11:12:00

Kommersiya banklarının analitik balansında xalis xarici aktivlərin, məcmu xarici aktivlərin və eyni zamanda xarici aktivlərin həcmi ən önəmli yerlərdən birini tutur.

Fins.az bununla bağlı son üç il üzrə - 2014, 2015, 2016-cı illərin oktyabr ayına olan göstəricilərinin müqayisəli təhlilni aparıb. Qeyd edək ki, bu təhlil Mərkəzi Bankın statistikasına əsaslanır.

Beləliklə, 2014-cü ilin oktyabr ayında xalis xarici aktivlərin həcmi 1 milyard 796 milyon manat olub. Eyni zamanda həmin ilin oktyabrında məcmu xarici aktivlərin ümumi miqdarı 3 milyard 57 milyon manat təşkil edib ki, bu da xarici öhdəliklərin həcmindən azdır. 

Xarici öhdəliklərin həcmi isə 4 milyard 680 milyon manat olub. Bu da onu göstərir ki, 2014-cü ilin oktyabr ayında kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosu mənfidir. 

2015-ci ilin oktyabr ayına olan rəqəmləri təhlil etsək, görərik ki, xalis xarici aktivlərin miqdarı 1 milyard 387 milyon manata düşüb. Bu onu göstərir ki, aktiv-passiv əməliyyatların saldosunda artım olub. Beləki, məcmu xarici aktivlərin həcmində 2015-ci ilin oktyabrında artım müşahidə olunub və onun həcmi 4 milyard 716 milyon manata yüksəlib. 

Eyni zamanda xarici öhdəliklərin miqdarında da artım olub  və onun da həcmi 6 milyard 143 milyon manata çatıb. Və qeyd etdiyimiz kimi, aktiv-passiv saldosunda məcmu xarici aktivlərin artması ilə 2014-cü ilin 10-cu ayına nəzərən yüksəlmə qeydə alınıb.

2016-cı ilin oktyabr ayına baxdıqda isə görürük ki, kommersiya bankları tərəfindən qeyri-rezidentlərlə xarici valyutada, manatla və qiymətli metallarla aparılmış aktiv-passiv əməliyyatların saldosunda 2014 və 2015-ci ilin oktyabr ayına nəzərən kəskin azalma müşahidə olunub və onun miqdarı 2 milyard 692 milyon manatdır. Bunun da əsas səbəbi məcmu xarici aktivlərin həcminin azalması, xarici öhdəliklərin həcminin isə artmasıdır. Belə ki, 2015-ci ilin oktyabrına nəzərən 2016-cı ilin oktyabrında məcmu xarici aktivlərin miqdarı 4 milyard 716 milyon manatdan  3 milyard 649 milyon manata düşüb. Xarici öhdəliklərin miqdarı isə 86 milyon manat artaraq 6 milyard 229 milyon manat olub. Nəticədə aktiv-passiv saldosu mənfidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312