BANK

“Bank Standard”la bağlı daha bir – QALMAQAL
02 DEKABR
1137

“Bank Standard”la bağlı daha bir – QALMAQAL

2016-12-02 12:40:00

Ləğv edilmiş “Bank Standard”ın işçilərinə əməkhaqlarının verilməsində problem yaşanır.

Fins.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən işçilər bildirib ki, onlar əvvəlcə Əmək Məcəlləsinə əsasən 70 a maddəsi ilə işdən çıxarılıblar. Sonradan isə işçilərə 70 b maddəsi ilə ərizə imzalatdırıblar. İşçilər noyabrın maaşını tam alsa da, onlara dekabrın maaşının vergi tutularaq veriləcəyini bəyan ediblər. Bu da 300 manata yaxın vergi deməkdir.

“Qafqazinfo” sözügedən problemin qanunvericilikdə necə tənzimləndiyini araşdırıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qanunvericiliyə əsasən əgər işçi Əmək Məcəlləsinə görə 70 a maddəsi ilə işdən çıxarılırsa, həmin maddəyə əsasən ona 3 ay kompensasiya verilməli və həmin məbləğdən vergi tutulmamalıdır: “Ancaq bank müqaviləni dəyişdirib və işçilərin də əksəriyyəti o müqavilələri təəssüf ki, imzalayıb. Normalda işçilərin hamısı qrup halında məhkəmələrə müraciət edib öz haqlarını qorumalı idilər. Təəssüf ki, onlar bunu etməyiblər. Buna görə də onların atdığı imza keçərli sayılır. Bundan sonra həmin işçilərə kompensasiyanın verilməsi yeni müqavilələrə əsasən hesablanacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272