BANK

"Qara bazar" yenə canlandı – QİYMƏTLƏR
01 DEKABR
4972

"Qara bazar" yenə canlandı – QİYMƏTLƏR

2016-12-01 11:25:00

Bu gün “qara bazar”da dolların alış və satış qiymətləri yenidən bahalaşıb. Bankların dollar satışını məhdudlaşdırması “qara bazar”ı bir qədər də canlandırıb.

Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,8200 manata alınır, 1,8400 manata satılır. Doğrudur, banklarda rəsmi məzənnə bundan aşağı, yəni 1,8030 manat olsa da, onların əksəriyyəti valyuta satışını dayandırıb. Buna görə, dollar axtaran vətəndaşlar, xüsusilə, iş adamları «qara bazar»a üz tutur.

«Qara bazar»da avro da bahalaşıb. 1 Avropa valyutası 1,9500 manata satılır. Alışı isə 1,9300 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274