BANK

Bankların kapital adekvatlığı necədir?
01 DEKABR
271

Bankların kapital adekvatlığı necədir?

2016-12-01 09:11:00

Kapital adekvatlığı əmsalı bankın məcmu kapitalının riskli aktivlərə nisbətindən ibarətdir. Bu, bankın risk ölçülü aktivlərə qarşı kapital dayanıqlılığını göstərir.

KAƏ (kapital adekvatlığı əmsalı) göstəricisinin aşağı olması bankın riskli aktivlərinin çox, kapital dayanıqlığının isə az olmasını göstərir. 

Belə ki, Mərkəzi Bankın kommersiya banklarına qoyduğu tələbdə kapital adekvatlığı əmsalı 12%-dən az olmamalı idi.

Lakin, "Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə BƏYANATI"nda kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir. 

Qeyd edək ki, kapital adekvatlığı əmsalının 10%-dən aşağı olması bankın müflisləşmə ehtimalını artırır.

Fins.az xəbər verir ki, Banco.az2016-cı ilin üçüncü rüb göstəricilərinə əsasən bankların kapital adekvatlığı əmsalını müəyyən etdik və cədvəl şəklinə gətirib:

Bank

Kapital adekvatlığı əmsalı

Bank Avrasiya

55,70%

Ziraat Bankı

48,72%

NBC Bank

37,97%

Bank BTB

35,10%

Expressbank

31,17%

VTB Bank Azərbaycan

28,69%

ASB Bank

19,86%

Xalq Bank

18,88%

Bank Respublika

17,36%

Yapı Kredi Bank Azərbaycan

17,00%

Bank Silk Way

16,91%

Bank of Baku

16,88%

Paşa Bank

16,71%

Dəmirbank

16,34%

Kapital Bank

15,52%

Atabank

14,54%

Muğanbank

14,52%

AGBank

13,83%

Nikoil Bank

11,02%

AccessBank

10,15%

Cədvəldən gördüyünüz kimi, bankların hamısında kapital adekvatlığı əmsalı 10%-dən çoxdur. Bəzilərində bu göstərici 10%-ə yaxındır, bəzilərində isə daha yüksəkdir. Adekvatlıq əmsalı aşağı olan banklarda hər zaman iflas riski daha böyük olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274