BANK

“Muğanbank”ın sahibləri qərar verdilər
30 NOYABR
1177

“Muğanbank”ın sahibləri qərar verdilər

2016-11-30 16:34:00

2016-cı ilin noyabrın 25-də “Muğanbank” ASC-nin, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 21 “B”ünvanında yerləşən  baş ofisində səhmdarlarının ümumi yığıncağı keçirilmişdir.

Bankdan Fins.az-a daxil olmuş məlumata görə, səhmdarların ümumi yığıncağında Muğanbankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub  və yekdil qərarla nizamnamə kapitalının 10 000 000 manat artırılmasına qərar verilmişdir.Emissiya başa çatdıqdan sonra Muğanbankın nizamnamə kapitalı 75 000 000 manat təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272