BANK

Bankları sağlamlaşdırma büdcə üzrə əlavə borclar yarada bilər
30 NOYABR
204

Bankları sağlamlaşdırma büdcə üzrə əlavə borclar yarada bilər

2016-11-30 12:32:00

“Bank sektorunda sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsi üzrə əlavə borc yükünün və öhdəliklərinin yaranması istisna edilmir”.

Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

“Bu isə həm xarici, həm də daxili borcun ÜDM-də nisbətinin daha da artmasına gətirib çıxara bilər. Digər tərəfdən qeyd olunmalıdır ki, iri transmilli layihələrin həyata keçirilməsinin maliyyələşdirilməsində Azərbaycanın iştirakı ölkənin xarici borclanmaya gedilməsini labüd edir. Burada söhbət əsasən Cənub Qaz Dəhlizi layihəsindən gedir. Bu borclanmanın geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artmasını qaçılmaz edəcək”.  

Mənbə: APA

 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272