BANK

Azərbaycan maliyyə bazarını daha 2 çətin il gözləyir-PROQNOZ
28 NOYABR
647

Azərbaycan maliyyə bazarını daha 2 çətin il gözləyir-PROQNOZ

2016-11-28 19:27:00

 

Fins.az xəbər verir ki,  2008-2009-cu il qlobal maliyyə böhranı zamanı Azərbaycan bank sektorunun kredit portfelində problemli kreditlərin xüsusi çəkisi dəyişməyərək 2,2% təşkil edib. Sonrakı illərdə qlobal maliyyə bazarlarında sabitləşmə müşahidə olunmasına baxmayaraq, problemli kreditlərin həcmind artım göstərib. 

Həmçinin, 2014-2015-ci illərdə qlobal neft bazarında qiymətlərinin kəskin azalması fonunda neft hasilatçısı olan ölkələrdə maliyyə problemlərinin yaranmasına baxmayaraq, Azərbaycanın bank sektorunda problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi yavaşlayaraq eyni qalıb və 5,3% təşkil edib. Lakin sonrakı il - 2016-cı il yanvarın 1-i və 2016-cı il oktyabrın 1-nə olan göstəricilər kəskin artaraq müvafiq olaraq 7,2% və 10,3%-ə yüksəlib.

Qeyd edək ki, bank sektoru üzrə kredit portfelinin həcm göstəricisində ehtiyat ayırmaları yer almayıb.

Analitiklər bildiriblər ki, Azərbaycanın maliyyə bazarı qlobal bazarlarda baş verən proseslərə gec reaksiya verir. Həmçinin, bərpa dövrü də daha gec, yəni ən azı 2 ildən sonra baş verir. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycanın maliyyə bazarını daha iki çətin il gözləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272