BANK

Xarici valyutaya aylıq tələbatımız nə qədərdir?
28 NOYABR
499

Xarici valyutaya aylıq tələbatımız nə qədərdir?

2016-11-28 15:20:00

Ölkənin kommersiya banklarının əksəriyyəti bir neçə gündür ki, xarici valyuta satmır. Dolların məzənnəsinin artması fonunda ya kommersiya bankları valyuta satmaq istəmirlər, ya da satış üçün valyuta vəsaiti yoxdur.

Bütün bunlar “qara bazar”ın canlanmasına gətirib çıxarıb, çünki vətəndaşların başqa alternativi yoxdur.

Ekspertlər hesab edirlər ki, indiki inflyasiya və gəlirlərin azalması şəraitində əhalidə böyük vəsait yoxdur, ancaq turizm səyahətinə, müalicə, təhsil, kommersiya məqsədi üçün xaricə gedən minlərlə vətəndaşın xarici valyutaya tələbatı qalır.

İqdisadçılara görə, xarici valyutanın alqı-satqısında əhalinin payı azdır. Əsas yük xarici öhdəlikləri olan bankların və şirkətlərin üzərinə düşür. Həmçinin idxal əməliyyatları üçün valyuta vacibdir.

Ehtimal olunur ki, ümumi valyuta əməliyyatlarının ancaq 5%-i əhalinin payına düşür.

Ekspert hesablamalarına görə, ölkədə xarici valyuta üzrə aylıq tələbat  1-1,5 mlrd. dollartəşkil edir. Əhalinin payına 50-55 mln. dollara yaxın düşür. Əgər kommerisya bankları satışdan imtina edirsə vətəndaşlar bu həcmi “qara bazar”dan əldə edir.

Xatırladaq ki, noyabrın 25-də dolların rəsmi məzənnəsi 1,7196 manatdır.

Kommersiya bankları dolları 1,77-1,78 manata alır, 1,78-1,79 manata satırlar.

“Qara bazar”da dollar 1,8050 manata alınır, 1,82 manata satılır.

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272