BANK

Daha bir bank vəziyyətdən çıxdı
28 NOYABR
1483

Daha bir bank vəziyyətdən çıxdı

2016-11-28 12:55:00

Azərbaycanda daha bir bank kapitalını lazım olan səviyyəyə çatdırıb. Fins.az-ın məlmatına görə, bu  “Muğanbank”dır. Bankdan verilən məlumata görə, “Muğanbank” ASC-nin 4 noyabr 2016-cı il tarixində (AZ1001005466 qeydiyyat nömrəli) emissiyasına icazə verilmiş, ümumi məbləği 8 milyon manat təşkil edən, hər birinin nominal dəyəri 200 AZN olan 40 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsi  24 noyabr 2016-cı il tarixində  başa çatıb. 

Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 65 mln AZN-ə çatıb. 

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan  “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271